XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 22:46

İtaliyadakı Azərbaycan vətəndaşları ölkəmizə gətiriləcək –Səfirlik müraciət yaydı

Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib.

Müraciətdə 17 mart 2020-ci il tarixində saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilir.

“İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan Respublikası vətəndaşlarının saat 16:00-dan etibarən Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur”.

Zərurət yaranacağı təqdirdə vətəndaşlardan səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaları rica olunur.

Telefon nömrəsi: 06 85305557, Qaynar xətt: 349 8155582.