“Yuventus”un daha bir futbolçusunda koronavirus xəstəliyi aşkarlanıb.
Yarımmüdafiəçi Bleyzi Matuidinin testləri müsbət nəticə verib.
Turin təmsilçisi rəsmi saytı vasitəsilə məlumatı təsdiqləyib.
Fransa millisinin üzvü martın 11-dən bəri öz istəyi ilə evində nəzarət altındadır. Həkimlər onun səhhətinin yaxşı olduğunu bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl “Yuventus”un müdafiəçisi Daniele Ruqanidə koronavirus infeksiyası üzə çıxıb/APA.