XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 May 2015 - 09:57

Sabah 26 dərəcə isti olacaq- Proqnoz

hava.jpg

Mayın 16-da Bakı və Abşeron yarımadasındahava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA- ya açıqlamasında bildirib ki, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 21-26 dərəcə isti olacaq.

Mayın 16-da bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 10-15, gündüz 22-27, dağlıq və dağ ətəyi rayonlarda isə gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq.