XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 13:59

Azərbaycan Premyer Liqasının bərpa vaxtı uzadılıb –PFL

Azərbaycan I Divizionu və Premyer Liqasının oyunları aprelin 14-dək qədər bərpa olunmayacaq.

Bu barədə Peşəkar Futbol Liqasının (PFL) açıqlamasında bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq, matçların sözügedən tarixə qədər oynanaılmayacaq: “Əgər 14 aprel tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq”.

Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.