XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 15:34

Onlayn komitə iclası keçirilib –Parlamentdə ilk

parlament-5.jpg

Bu gün Milli Məclisin Mədəniyyət komitəsi onlayn sistemlə altıncı çağırışda ilk iclasını keçirib.

Milli Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, komitənin sədri Qənirə Paşayeva ölkədə koronavirusla mübarizə sahəsində görülən işləri yüksək dəyərləndirərək dövlətimizin qaydalarına uyğun olaraq komitənin bu sistemlə  keçirilməsi zərurətinin yarandığını vurğulayıb.

İclasda əvvəlcə komitənin  2020-ci ilin yaz  sessiyası üçün nəzərdə tutulmuş iş planı  müzakirə olunub. Bildirilib ki, qarşıdakı dövrdə “Kinematoqrafiyahaqqında”,“Azərbaycan  muğam  sənətinin  qorunması və inkişaf  etdirilməsi haqqında”,  “Yazılı abidələr  haqqında”, “Kabel şəbəkəsi yayımı haqqında” vacib qanun layihələrinin hazırlanması nəzərdə  tutulur. Komitə üzvlərinin sənədlərlə bağlı təklifləri  dinlənilib, qanunvericilik işləri planı  təsdiq  edilib.

Sonra “Milli Məclisin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası  Dövlət  bayrağının istifadə  qaydaları haqqında”  və “İctimai televiziya və radio  yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi ilə  bağlı məsələyə baxılıb. Bildirilib ki, sənədlərdə  təklif olunan dəyişikliklərin məqsədi “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrası ilə əlaqədardır.

İclasın gündəliyinə daxil edilən digər sənədin – “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və  “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlara  təklif  edilən dəyişikliklərin “Reklam haqqında” qanuna  uyğunlaşdırma məqsədi ilə aparıldığı qeyd edilib.

Onlayn müzakirələrin sonunda hər iki sənədin Milli Məclisin plenar iclasına  tövsiyə edilməsi barədə qərar  qəbul edilib. /APA