XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 15:22

“Dərs vaxtı”nın sabaha nəzərdə tutulan cədvəli açıqlanıb –Nazirlik

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 19 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan bölməsi üçün 10:00 – Fiziki tərbiyə, 10:15 VI sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Coğrafiya; 11:00 X sinif – Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi, Fizika; 11:40 I sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:10 II sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:30 III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:00 IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili dərsləri olacaq.

Rus bölməsi üçün isə 14:00 IV sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30 X sinif – Rus dili, Fizika, Biologiya; 15:00 XI sinif – Riyaziyyat, Kimya, Coğrafiya dərsləri olacaq.