XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2016 - 14:06

Bakıdan ABŞ-a daha tez və daha ucuzuçmaq mümkün olacaq

 

14571717074064326759_1000x669

Mart ayının 27-dən etibarən “Qatar Airways” Bakıdan ABŞ-a olan uçuş tezliyini artıracaq.

Şirkətdən azertag.az-a bildirilib ki, Bakıdan ABŞ-ın və Avropanın bir sıra şəhərlərinə səyahət edən sərnişinlər Dohada daha az müddət gözləyəcəklər.

Bundan əlavə “Qatar Airways”in Amerika istiqamətinə uçuş qiymətlərində endirim var. Sərnişinlər Bakıdan Nyu-Yorka ekonom siniflə 800 manata səyahət etmək imkanına sahibdirlər.

ABŞ-ın digər ştatlarına olan endirimli uçuşların məbləği barədə məlumat www.qatarairways.com saytında yerləşdirilib.

Xüsusi endirimli səyahət biletlərini “Qatar Airways” satış ofislərindən, www.qatarairways.com veb saytından və turizm agentliklərindən əldə etmək olar.