XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2020 - 16:00

Gəmilərdə də dezinfeksiya işlərinə başlanıldı –"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən açıqlama

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan verilən məlumata görə, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri ASCO-nun Xəzər Dəniz Neft Donanmasına aid “Vixr 8”, “Vixr 6”, “Süleyman Vəzirov”, “Zülfi Hacıyev”, “Aydın Məmmədov”, “Əli Əmirov”, “Azərbaycan”, “Usuxçay” gəmilərində, “Dənizçilər Poliklinikası” MMC-də, ASCO-nun tikilməkdə olan yeni inzibati binasında, Xəzər Dəniz Layihə Elmi-Tədqiqat İnstitutunun Xanlar küçəsi, 48 ünvanında yerləşən inzibati binasında aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib. /APA