XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2020 - 19:37

Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi –"AZAL" açıqlama yaydı

Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

Strateq.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” açıqlama yayıb.

Bildirilib ki, “AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib: “Bu təyyarə ilə Türkiyənin üç şəhəri – Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər”.

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Məlumata görə, Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.