XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 20:25

Futzal üzrə Çempionlar Liqası təxirə salındı –UEFA qərar verdi

Futzal üzrə Çempionlar Liqasının “Dördlər finalı” koronavirusa görə növbəti xəbərdarlığa qədər təxirə salınıb.

UEFA-nın rəsmi saytı xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin iclasında qərar qəbul edilib.

Turnir aprelin 24-də və 26-da Belarusun paytaxtı Minskdə keçirilməli idi.

Qeyd edək ki, yarımfinal oyunlarında “Barselona” (İspaniya) – KPRF (Rusiya) və “Mursiya” (İspaniya) – “Tümen” (Rusiya) komandaları qarşılaşacaq/Report.