XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 March 2020 - 21:05

Azərbaycan 171 vətəndaşını da ölkəyə gətirdi –Rusiyadan sabah daha iki aviareys olacaq

Azərbaycan Hava Yolları” QSC (AZAL) Rusiyadan Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 18-də üç çarter reysi yerinə yetirib.

“Reyslər paytaxt Moskva şəhərinin “Domodedovo” və “Vnukovo” hava limanından həyata keçirilib.

Sonuncu çarter reysi “Airbus A340” tipli təyyarə ilə Moskvanın “Vnukovo” hava limanından yerinə yetirilib və 52 Azərbaycan vətəndaşı Bakıya yola salınıb.

Ümumilikdə isə martın 18-də 171 Azərbaycan vətəndaşı Rusiyadan ölkəyə gətirilib.

AZAL-ın Rusiya nümayəndəliyindən “Report” yerli bürosuna verilən məlumata görə, çarter reyslər tələbata uyğun olaraq həyata keçiriləcək.

Sabah, martın 19-da isə daha iki aviareysin yerinə yetirilməsi nəzərdə tutulub/Report.