XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2020 - 22:00

İspaniyada daha 3 futbolçu koronavirusa yoluxdu –Klubun 15 üzvü karantinə alındı

İspaniyanın “Alaves” klubunun futbol və basketbol komandalarının üzvləri koronavirus testindən keçiblər.

“Report” La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə 15 nəfərin analizi müsbət nəticə verib. Onların adları açıqlanmayıb.

İnfeksiyaya yoluxanlardan 3-ü futbolçu, 7-si məşqçi, 5-i isə klub əməkdaşıdır. Onların heç birində müayinəyə qədər virusun simptomlarının olmadığı bildirilib.

Qeyd edək ki, daha əvvəl İspaniyanın “Valensiya” klubunun üzvlərinin 35 faizi koronavirusa yoluxub.