XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2020 - 09:53

Bakıda hamilə qadın vəfat edib –Xəstəxanada

Bakıda hamilə qadın vəfat edib.

Hadisə Topçubaşov adına Elmi-Tədqiqat Cərrahiyə Xəstəxanasında qeydə alınıb.

Belə ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Şəbnəm Mustafayevaya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 22 həftəlik hamilə olan qadın bətnindəki uşaq ilə birlikdə ölüb.

Məlumata görə, 5 il qabaq ürək əməliyyatı keçirən qadın bu il martın 17-də “mitral qabağın protezinin trombozu” diaqnozu ilə Topçubaşov adına Elmi Cərrahiyə Xəstəxanasına yerləşdirilib. Tibbi müdaxilələr nəticə vermədiyindən o, ürək çatışmazlığından ölüb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır/Report.