Ermənistanda martın 19-u saat 09:00-a olan məlumata əsasən, daha 5 nəfər koronavirusa yoluxub.
Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Bildirilib ki, bununla da ölkə üzrə koronavirusa yoluxanların sayı 115 nəfərə çatıb.
Qeyd edək ki, martın 16-dan Ermənistanda fövqəladə vəziyyət rejimi tətbiq edilib. Bu qərar aprelin 14-dək qüvvədə olacaq/Report.