XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2020 - 15:02

Azərbaycanda yeni neft yatağının kəşfi təsdiqləndi –SOCAR

Dünya bazarında neftin kəskin ucuzlaşdığı bir zamanda Azərbaycanda yeni neft yatağının kəşfi təsdiqlənib.

Bu barədə bu gün, martın 19-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb. Məlumatda bildirilib ki, SOCAR və Norveçin «Equinor» şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan 120 kilometr şərqdə, açıq dənizdə yerləşən «Qarabağ» yatağının kəşf olunduğunu təsdiq edib.

«Qarabağ» yatağında ilk qiymətləndirmə quyusunun qazılmasına 2019-cu il dekabrın 23-də başlanılıb.

SOCAR-ın CDC qazma şirkəti bu quyunu suyun 180 metr dərinliyində «Dədə Qorqud» üzən qazma qurğusu ilə qazıb.

«Yatağın məhsuldar layları 3.4 kilometr dərinlikdə yerləşir. İlkin qənaətə görə, yataqda kəşf edilmiş neft və qaz həcmləri onun iqtisadi cəhətdən səmərəli işlənməsi üçün yetərlidir», – məlumatda qeyd edilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, «Qarabağ» yatağının ilkin qiymətləndirilmiş geoloji ehtiyatları 60 milyon ton neftdən artıqdır.

«Qarabağ» yatağının işlənməsi Azərbaycanın neft gəlirlərinə əhəmiyyətli bir töhfə olacaq», – o əlavə edib.