XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2016 - 16:59

AZAL səfərdə “Xəzər Lənkəran”aqalib gəldi

1457181281567313616_1000x669

Bu gün futbol üzrə Topaz Premyer Liqasında XXIV tura start verilib.

Azərtac xəbər verir ki, turun açılış oyununda “Xəzər-Lənkəran” AZAL komandasını qəbul edib. Lənkəran təmsilçisi Azərbaycan kuboku yarışlarında uğurlu çıxışını çempionatda davam etdirə bilməyib. Ardıcıl 11 ev oyununda rəqibinə qol vuran “Xəzər-Lənkəran” bu dəfə meydanı qolsuz tərk edib. Əvəzində son doqquz görüşdə Lənkəranda meydan sahibinə qalib gələ bilməyən qonaq komanda bu matçda qələbəyə sevinib. Qarşılaşmada yeganə qol 36-cı dəqiqədə vurulub. AZAL-ın heyətində Aleksandr Quruli 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 0:1.

Beləliklə, səfərdən üç xalla qayıdan Tərlan Əhmədovun yetirmələri xal ehtiyatını 32-yə çatdırıb və altıncı pillədə qərarlaşıb. Hesabında 14 xal olan “Xəzər-Lənkəran”ın isə doqquzuncu pillədəki mövqeyi dəyişməyib.