XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

22 Mart 2020 - 09:35

“Real Madrid” klubunun keçmiş prezidenti koronavirusdan ölüb

1995-ci ildən 2000-ci ilə qədər Madridin “Real” futbol klubunun prezidenti olan Lorenzo Sanz yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxaraq dünyasını dəyişib.

İspaniyalı futbol mütəxəssisi yüksək hərarəti müşahidə edildikdən bir neçə gün sonra xəstəxanaya yerləşdirilmiş və COVID-19 üçün verdiyi yoxlamalar müsbət nəticə vermişdi.

76 yaşlı Sanz COVID-19 üçün yüksək risk kateqoriyasına daxil edilmişdi. O, martın 21-də dünyasını dəyişib. /APA