XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Mart 2020 - 09:53

“İspaniyada koronavirusdan ölüm və yoluxma hallarının arta bilər” –Hökumət rəsmisi

İspaniyada yeni növ koronavirusa yoluxma hallarının və bu virusdan ölənərin sayı yaxın gələcəkdə artacaq.

Belə bir açıqlamanı İspaniya hökumətinin sədri Pedro Sançes hökumətin saytında yayımlanan xalqa müraciətində edib.

“Diaqnoz qoyulan halların və ölümlərin sayı yaxın günlərdə artacaq, bizi çox çətin günlər gözləyir”, – Sançes belə deyib.

Onun sözlərinə görə, hakimiyyət xəstəliyin yayılmasının qarşısını almaq üçün “dünyada ən qətiyyətli və sərt tədbirlər” görüb.

İspaniyada koronavirus infeksiyasına ilk yoluxma halı yanvarın 31-də qeydə alınıb. İndi krallıqda təxminən 25 min xəstə var, 1,3 mindən çox insan bu virusdan ölüb.