XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 13:35

Bakıda dünya çempionatı təxirə salındı –Açıqlama

Bakıda keçirilməli olan aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı təxirə salınıb.

Strateq.az xəbər verir ki, bunu Beynəlxalq Gimnastika Federasiyası (FİG) açıqlayıb.

Mayın 14-16-da baş tutmalı olan yarış qeyri-müəyyən müddətə keçirilib. Buna koronavirus pandemiyası səbəb olub. Həmçinin 9-cu Dünya Yaş Qrupu yarışı da təxirə düşüb.

Bildirilir ki, hazırda FİG və Azərbaycan Gimnastika Federasiyası arasında yarışın keçirilməsi tarixi ilə bağlı uyğun variant barədə müzakirələr aparılır.