XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Mart 2020 - 15:43

“Marneuli və Bolnisidə təşviş yoxdur” –Gürcü qubernator

“Gürcüstan dövlətinin Marneuli və Bolnisidə tətbiq etdyi məhdudiyyətlər qanunla qorunur”.

Bu barədə Kvemo Kartli qubernatoru Şota Rexviaşvili jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, yerli əhali yaranmış vəziyyəti anlayır:

“Əhali məhdudiyyətlərə adekvat reaksiya verir. Bələdiyyələri tərk etmək qadağan olunsa da, daxili yerdəyişməyə məhdudiyyət tətbiq olunmur”.

Qubernator qeyd edib ki, Marneuli və Bolnisidə ərzaq ticarəti şəbəkəsi fasiləsiz işləyir:

“Nə növbələr, nə təşviş var. Bölgədə ərzaq məhsulları çatışmazlığı ilə bağlı problem yoxdur”.

Qeyd edək ki, bu gündən azərbaycanlıların yığcam yaşadıqları hər iki rayonda koronavirusun yayılması təhlükəsi ilə bağlı ciddi karantin rejimi tətbiq olunur. (Report)