XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

23 Mart 2020 - 19:14

“Azərenerji” Koronavirusla Mübarizə Fonduna 1 milyon manat köçürdü

Azərenerji” ASC koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Prezident İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

Bu barədə ASC-dən bildirilib.

Belə ki, “Azərenerji” ASC-nin əmək haqqı və qənaət olunmuş maliyyə imkanları hesabına 1 milyon manat Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.