XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 20:18

Goranboyda Qarabağ müharibəsindən qalma xeyli sursat tapılıb

bomba

 

Goranboyda xeyli sayda sursat aşkarlanıb.

 

Bu barədə məlumatı APA-ya rayonu Kələk kənd sakinləri bildirib. Onlar qeyd edib ki, kəndin yaxınlığında 50-ə yaxın müxtəlif  tipli mərmilər və döyüş başlıqları aşkarlanıb. Onların arasında partlamamış sursatlar da var.

 

Dərhal bu barədə Goranboy Rayon Polis şöbəsinə məlumat verilib. Məlumata görə hazırda polis sursatların olduğu ərazini nəzarətə götürüb. Aşkar olunan sursatların zərərsizləşdirilməsi üçün ANAMA-ya (Azərbaycan Respublikasın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik)  da məlumat verilib. Kənd sakinləri ehtimal edirlər ki sursatı kəndin yaxınlığına metal toplayan şəxslər atıb.

 

Qeyd edək ki, ötən gün rayonun Xınalı kənd sakini 1970-ci il təvəllüdlü Rauf Hüseynov metal tullantılarını yığan zaman partlamamış döyüş sursatı – mərmi aşkarlayıb. Onu özünə məxsus QAZel markalı avtomobildə zərərsizləşdirmək istəyərkən partlayış baş verib. R. Hüseynov müxtəlif qəlpə yaraları ilə Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib.