“Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim koronavirusa yoluxub.
Strateq.az xəbər verir ki, bu barədə onun özü “Twitter”dəki hesabında açıqlama yayıb.
Bildirib ki, koronavirusa görə yoxlamadan keçib və bu, test müsbət nəticələnib: “Hazırda xəstəxanada möhkəm əllərdəyəm. Narahat olmayın”.
Xatırladaq ki, “Qalatasaray”ın vitse-prezidenti, Terimin yaxın dostu olan Abdurrahim Albayrak və xanımı da koronavirusa yoluxub.