Azərbaycan Avtomobil Yolları Dövllət Agentliyinin (AAYDA) “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC koronavirusa (COVID-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.
Strateq.az xəbər verir ki, bu barədə AAYDA açıqlama yayıb.
Məlumata görə, AAYDA-nın “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib: “Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə edib”.