Gürcüstanda daha bir pasiyentin koronavirusa yoluxduğu müəyyən olunub.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.
Bununla qonşu ölkədə koronavirusa yoluxma hallarının sayı 67-yə çatıb. Pasiyentlərin 9-u sağalıb. Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır/Report.