XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

25 Mart 2020 - 00:12

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib- 150 min manat

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi şurasının bu gün onlayn keçirilən iclasında verilmiş qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat köçürülüb.

Universitetdən bildiriblər ki, həmçinin UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi 1000 manat, UNEC Həmkarlar ittifaqı Komitəsi 2000 manat vəsaiti fonda ianə edib.

Məlumat üçün bildiririk ki, bundan əvvəl UNEC-in rektoru, professor Ədalət Muradov biraylıq maaşını Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb və UNEC kollektivinin üzvləri də rektorun təşəbbüsünü dəstəkləyərək könüllü olaraq aylıq maaşlarının bir hissəsi həcmində həmin fonda maliyyə dəstəyi göstəriblər. Proses davam edir.