XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 23:40

Naxçıvanda himayəsində azyaşlı uşaq olan valideynlərdən biri üçün güzəştlər tətbiq ediləcək

Naxçıvanda ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması ilə əlaqədar hər ikisi işləyən və himayəsində azyaşlı uşaq olan (1-10 yaş) valideynlərdən biri üçün güzəştlər tətbiq ediləcək.

APA-nın məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə digər aid qurumlarla birlikdə qeyd olunan məsələni əmək qanunvericiliyinə uyğun tənzimləmək tapşırılıb. Eyni zamanda Naxçıvan Muxtar Respublikası  Mədəniyyət Nazirliyi tabeliyindəki müəssisələrin (kitabxana, muzey, teatr, klub və sair) hər birində dezinfeksiya işləri aparmalı, iş saatları məhdudlaşdırılmalı və əməkdaşların növbəlilik əsasında işə çıxması təmin edilməlidir.