XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

24 Mart 2020 - 22:40

Azərbaycanın Səhiyyə naziri:"İtaliyada bu məsələyə laqeyd yanaşdılar"

Azərbaycanın Səhiyyə naziri Oqtay Şirəliyev Çin və İtaliyada koronavirusun yayılmasını müqayisə edib.

“Report” xəbər verir ki, bu barədə AzTV-nin efirində danışan nazir hər iki ölkədə baş verənləri tamaşaçılarla bölüşüb:

“Konkret olaraq bu günkü vəziyyət belədir: Bir milyard yarım əhalisi olan Çində bu virusdan ölənlərin sayı 3 mindən biraz artıqdır. 60 milyon əhalisi olan İtaliyada isə bundan iki dəfə çoxdur.

Əlbəttə bu, göz qabağındadır. Çində nizam-intizam oldu və tədbirlər görüldü. İtaliyada isə bu məsələyə laqeyd və çox yüngül yanaşdılar. Nəticəsi də bu gün göz qabağındadır. Görürsünüz ki, ölkə nə gündədir. Orada lazım olan təchizat və avadanlıq yoxdur”.