XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

25 Mart 2020 - 00:01

Hərbi hissələrin şəxsi heyətinin geyim, ərzaq və digər təminatı üçün ehtiyatlar yaradılacaq- Naxçıvanda

Əlahiddə Ümumqoşun Ordu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Əlahiddə Əməliyyat Briqadası Naxçıvan Muxtar Respublika ərazisində yerləşən hərbi hissə və birləşmələrdə görüşləri və qapalı yerlərdə toplantıları məhdudlaşdıracaq.

APA-nın məlumatına görə, bu barədə bu gün dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirədə qərar qəbul edilib.

Eyni zamanda Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan Əlahiddə Əməliyyat Briqadası şəxsi heyətin geyim, ərzaq və digər təminatını nəzərə alaraq ehtiyatların yaradılmasını davam etdirməlidir.

Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində isə dezinfeksiya tədbirləri görməli, görüşlər dayandırılmalı, məhkumların qidalanması və səhhəti diqqətdə saxlanılmalıdır.