XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2016 - 00:34

Azərbaycan Beynəlxalq Valyuta Fonduna olan borcunutam olaraq ödəyib

The International Monetary Fund

2016-cı il 1 yanvar tarixinə Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fonduna (BVF) olan borcu tam olaraq ödənilib.

“APA-Economics” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ötən il üzrə hesabatında deyilir.

Bildirilir ki, Azərbaycan BVF-yə 1992-ci ildə qəbul edilib, 1995-ci ildən başlayaraq iqtisadi proqramların dəstəklənməsində BVF-nin maliyyə yardımlarından bəhrələnib. 1995-2005-ci illərdə Azərbaycan iqtisadi islahatlar proqramının dəstəklənməsi məqsədi ilə fonddan 577,3 mln. dollar məbləğində uzunmüddətli kreditlər cəlb edilib. Bu kreditlər hesabına aparılan islahatlar daxili və xarici balansın tarazlaşdırılması və iqtisadi sabitliyin təmin edilməsinə imkan verib.