XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

26 Mart 2020 - 00:07

Marneuli və Bolnisidə 35 min insan tibbi yoxlanışdan keçirilib –25-ə yaxın şəxs nəzarətə götürülüb

“Marneuli və Bolnisidə 35 min insan tibbi yoxlanışdan keçirilib”.

Bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

O deyib ki, 25-ə yaxın şəxs tibbi nəzarət altına alınıb.

Nazirin sözlərinə görə, hazırda hər iki rayonda vətəndaşların vəziyyəti sabitdir: “Əlavə müdaxilələrə və klinikalara çatdırılmalara ehtiyac yoxdur. Lazım gələrsə, əlbəttə, pasiyentlərin sağlamlığına təhlükə yaratmamaq üçün əlavə tədbirlər görüləcək”.

E.Tikaradze qeyd edib ki, Marneuli və Bolnisi əhalisi üçün koronavirusu qısa zamanda müəyyən edən 1 000 test çatdırılıb. Nazirin sözlərinə görə, bu testlərin vasitəsilə koronavirusu 6 saat əvəzinə yarım saata müəyyən etmək mümkündür.