XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 12:00

Moskvada Azərbaycan tarixçisinin kitabı təqdim olundu

MQIMO.jpg

Dünən Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan tarixçi-sovetşünası mərhum Eldar İsmayılovun kitabının təqdimatı keçirilib. “Azərbaycanda “böyük terrorun” tarixi” kitabını ROSSPEN nəşriyyatı tərəfindən nəşr edilib.

Təqdimatın keçirilməsinin təşkilatçısı kimi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Azərbaycan Klubu çıxış edib. Tədbirdə Azərbaycan səfirliyinin, Rusiya Azərbaycanlıları Konqresinin, Rusiyanın Azərbaycanlı Gəncləri Birliyi (AMOR), həmçinin hər iki ölkənin görkəmli ədəbiyyat, elm xadimləri iştirak ediblər.

Kitabda arxiv materialları, çoxsaylı sənədlər əsasında Azərbaycanda Stalin represiyalarının mahiyyəti və xüsusiyyətləri açılıb, hərtərəfli analiz edilib.

Mərhum Eldar İsmayılov 10 monoqrafiyanın, 100-dən çox elmi məqalələrin müəllifidir.

Strateq.az