Niderlandın “Vitess” klubunun sabiq prezidenti Kes Bakker 76 yaşında dünyasını dəyişib.
Məlumata görə, səbəb koronavirus infeksiyası olub.
Bakker xəstəxanaya martın 21-də çatdırılıb. Onun ağ ciyərində xərçəng şişi də olub.
Qeyd edək ki, Kes Bakker 2003 – 2004, 2008 – 2009 və 2016 – 2017-ci illərdə “Vitess”in prezidenti postunu tutub. 2017-ci ildə bu klub tarixində ilk dəfə Niderland Kubokunu qazanıb. Daha əvvəl İspaniya “Real Madrid”inin sabiq prezidenti Lorenso Sans 77 yaşında koronavirusdan vəfat edib/Report.