XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

26 Mart 2020 - 14:27

AYB Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək –1000 manat

Azərbaycan Yazıçılar Birliyi (AYB) Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürəcək.

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, AYB bu gün Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1000 manat pul vəsaitinin köçürülməsi ilə bağlı qərar qəbul edib.

Onun sözlərinə görə, AYB Azərbaycan dövləti və ölkə Prezidentinin koronavirusla mübarizə istiqamətində atdığı bütün addımları dəstəkləyir.

“Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və ora olan ianələr dövlətimizin öz vətəndaşlarının sağlamlığına böyük qayğısının bariz nümunəsidir. İnanırıq ki, dövlətimizin böyük köməyi, vətəndaşlarımızın həmrəyliyi nəticəsində pandemiyadan əziyyət çəkən insanlarımız tezliklə öz sağlamlıqlarına qovuşacaqlar”, – deyə X. Rza vurğulayıb/APA.