XƏBƏR LENTİ

01 Aprel 2020

Digər Xəbərlər

26 Mart 2020 - 16:54

Peşə ixtisasları üzrə teledərslərin yayım tarixi bəlli oldu –Açıqlama

Martın 30-da “Mədəniyyət” kanalında peşə ixtisasları üzrə teledərslərin yayımına start veriləcək. 

Təhsil Nazirliyindən Strateq.az-a verilən məlumata görə, teledərslər saat 16:15-dən etibarən yayımlanacaq.

Elektrotexnika, tikinti, sənaye, mexanika, elektronika, avtomobil, İKT və avtomatika ixtisasları üzrə teledərslər artıq hazırlanıb. Təhsil Nazirliyinin video dərslər portalında ( https://video.edu.az/) sadalanan ixtisaslar üzrə 20 teledərs yerləşdirilib.