XƏBƏR LENTİ

14 İyul 2020
13 İyul 2020

Digər Xəbərlər

26 Mart 2020 - 20:07

Teymur Rəcəbov:“Heç bir söz mənim indiki hisslərimi ifadə edə bilməz”

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Yekaterinburq şəhərində keçirilən İddiaçılar turnirinin I dövrədən sonra yarımçıq dayandırılmasına münasibət bildirib.

Məlumata görə, yarışda iştirak üçün vəsiqə qazanan, lakin koronavirus pandemiyasının yayılması üzündən Rusiyaya yollanmaqdan boyun qaçıran qrossmeyster instaqram səhifəsində paylaşım edib.

Teymur FİDE-nin turniri 7 turdan sonra dayandırmasına qısa cavab verməyi lazım bilib: “Heç bir söz mənim indiki hisslərimi ifadə edə bilməz”.

Qeyd edək ki, Rəcəbov hələ yarış start götürməzdən onun təxirə salınması tələbi ilə sürüb, FİDE-nin turniri keçirməkdə israrlı olması üzündən turnirdə oynamaq istəməyib/APA.