XƏBƏR LENTİ

08 İyul 2020
07 İyul 2020

Digər Xəbərlər

26 Mart 2020 - 22:24

Nazirlər Kabinetindən otellərin karantin yerlərinə çevrilməsi ilə bağlı –Açıqlama

“Sahibkarlar var ki, özlərinin istirahət zonalarını və hotelləri artıq dövlətə təqdim ediblər”.

Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib.

O bildirib ki, ölkəyə qayıdan şəxsləri karantində saxlamaq üçün mütləq yer lazımdır: “Yerlər də getdikcə çatışmır. Ona görə də sahibkarlarla dövlət arasında həmrəylikdir. Həkimlər var ki, bu işə kömək üçün bizdən xahiş edirlər. Neft Daşlarında işləyənlər evlərinə gəlmək istəmirlər, ölkənin infrastrukturuna öz töhfələrini vermək istəyirlər. Bütün bunlar olduqca təqdirəlayiq haldır”.