Dünyada sürətlə yayılan yeni növ koronavirus (COVID-19) infeksiyasına görə Türkiyədə müalicə olunan xəstələrdən biri soydaşımızdır.
Bu barədə Azərtac-a açıqlama verən Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim bildirib ki, hazırda infeksiya daşıyıcısı kimi müalicə olunan vətəndaşımızın sağlıq durumu yaxşıdır. Onunla mütəmadi əlaqə saxlanılır və müalicəsi nəzarətdədir. Vətəndaşımız infeksiyaya Türkiyə ərazisində yoluxub.