XƏBƏR LENTİ

11 Avqust 2020

Digər Xəbərlər

28 Mart 2020 - 10:53

Kriştianu Ronaldu 9,5 milyon avroya avtomobil aldı- FOTO

Portuqaliya millisinin və İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu avtomobil kolleksiyasını yeni modellə zənginləşdirməyə çalışır.

“Report” “Bild” nəşrinə istinadən xəbər verir ki, 35 yaşlı hücumçu özü üçün Fransa istehsalı olan “Bugatti Centodieci” sifariş edib.

Təcrübəli oyunçunun sözügedən maşın üçün 9,5 milyon avro xərclədiyi iddia olunur. Ronaldu məhdud sayda – cəmi 10 ədəd istehsal olunan avtomobilə 2021-ci ildə sahib olacaq.

Qeyd edək ki, Kriştianu Ronaldonun qarajında artıq “Bugatti”nin iki modeli var: “Veyron” və “Chiron”. “Centodieci” isə eyni kampaniyaya məsus 3-cü avtomobil olacaq.