XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

15 May 2015 - 12:28

Prezidentin köməkçisi: “Məhbuslarla bağlı təkliflər barədə dövlət başçısına məruzə olunacaq”

muxalifet-dialoq.jpg

ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun bir sıra partiya liderləri ilə görüşündə siyasi məhbuslar məsələsi qaldırılıb.

Strateq.az bildirir ki, Bu barədə Ə.Həsənov görüşdən sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, əvvəlki iki görüşdə olduğu kimi, bir sıra partiya nümayəndələri “bəzi məhbuslar”la bağlı məsələ qaldırıblar və onların əfv olunmasımı xahiş ediblər. (Turan)

Ə.Həsənov vəd edib ki, partiyaların müraciəti prezidentin diqqətinə çatdırılacaq. O, görüşü “səmərəli” adlandırıb.

Siyasi məhbuslar məsələsini qaldıranlardan biri ümid Partiyasının lideri İqbal Ağazadədir. O hesab edir ki, siyasi məhbuslar problemi həll olunmalıdır.

İ.Ağazadə hakimiyyətin cəza məsələsinə seçici yanaşdğını qeyd edib. Belə ki, prokuror hüquq müdafiəçisi İntiqam Əliyevin 9 il müddətinə mühakimə olunmasını istəyir, ancaq Müdafiə Nazirliyinin 2 mln. manatı mənimsəmiş məmuruna şərti cəza istəyir.

“Deyirlər, İntiqam Əliyev siyasi məhbus deyil. Yaxşı, deyək ki, bu belədir. Lakin ona yanaşma siyasidir. Belə ki, o, hakimiyyətin xəttinə qarşı çıxır, dövlət əmlakını mənimsəyən şəxs isə hakimiyyətin xəttini dəstəkləyir. Bunu necə istəsəniz adlandırmaq olar, amma İntiqam Əliyev məhz siyasi yanaşma nəticəsində həbs olunub”-deyə İ.Ağazadə bildirib.