XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2016 - 16:15

​”Neftçi”nin baş məşqçi postuVəli Qasımova həvalə olundu

 

99e05042-e3ec-4746-bf25-fc8aaf8431f2_292

"Neftçi" futbol klubunun rəhbərliyi baş məşqçi Əsgər Abdullayevin istefasını qəbul edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssisin istəyi müsbət cavablandırılıb.

Əsas komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq idman direktoru Vəli Qasımova həvalə olunub. 47 yaşlı mütəxəssis komandanı martın 9-da "Xəzər Lənkəran"la ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununa çıxaracaq.

Qeyd edək ki, Əsgər Abdullayev martın 5-də "Qəbələ"yə evdə 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının oyunundan sonra mətbuat konfransında istefa verdiyini açıqlayıb.