XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

29 Mart 2020 - 00:12

Fransada koronavirusla bağlı son vəziyyət:ölənlərin sayı 2,3 min nəfəri ötdü

Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfəri ötüb.

Bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində ölkədə pandemiyadan 319 nəfər vəfat edib, bununla da ölənlərin ümumi sayı 2 314 nəfərə çatıb.

“Koronavirusa yoluxanların sayı 37 575 nəfərə çatıb. Son 24 saatda 4,6 mindən çox yoluxma halı qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində 4 273 xəstə var/Report.