XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Mart 2020 - 09:00

Ermənistanda koronavirus:sutka ərzində 35 nəfər yoluxub

Ermənistanda son bir gün ərzində daha 35 nəfər koronavirusa qoluxub. 

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan  Facebook səhifəsində bildirib.

O qeyd edib ki, Ermənistanda koronavirusla bağlı gərgin vəziyyət yaşanmaqdadır: “Təəssüf ki, xəstələrin sayında artım qeydə alınır. Bu gün daha 35 nəfərdə koronavirus təsdiqlənib. Ancaq ümumilikdə deyə bilərəm ki, vəziyyət nəzarət altındadır. Karantin rejiminə riayət etməliyik”.

Qeyd edək ki, ölkədə yeni virusa yoluxanların ümumi sayının 407 nəfərə çatdığı bildirilir.  /APA