XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Mart 2020 - 17:40

Filmlərin yayımı və nümayişi qaydalarına dəyişiklik edilib –Detallar

Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi qaydaları”na dəyişiklik edib. 

Dəyişikliyə əsasən, filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilməsi qaydası ləğv edilib.

Bununla da filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən edilməsində yarana biləcək mübahisəli məsələlərə Mədəniyyət Nazirliyinin təhsil, səhiyyə orqanları nümayəndələrindən ibarət yaratdığı mübahisə komissiyası tərəfindən baxılması qaydası da ləğv olunub. /APA