XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 10:49

“Teymur Rəcəbovun qayıdışından kimsə zərər görməlidir” –Hollandiyalı şahmatçı

“Teymur Rəcəbov hüquqlarının pozulduğunu hesab edir”.

Bu fikirləri niderlandlı şahmatçı Aniş Giri “Chess24” nəşrinə geniş müsahibəsində Azərbaycan təmsilçisi Teymur Rəcəbovun İddiaçılar Turnirinə qayıtma ehtimalı barədə danışarkən deyib.

26 yaşlı qrossmeyster bildirib ki, Rəcəbov turnirə qayıtsa və başqası çıxarılsa, digər şahmatçının hüquqlarını pozacaq: “Hamı oynayırsa, sual yaranır: Teymura neçə xal verəcəksən? Ona çox xal verilərsə, bu, digər oyunçuların hüquqlarını pozur. Turnir yenidən başlasa, bu, liderlərə qarşı haqsızlıqdır və turnir cədvəlinin aşağı pillələrindəkilərə kömək edir. İstənilən halda, kimsə zərər görməlidir”.

Qeyd edək ki, Teymur Rəcəbov Rusiyanın Yekaterinburq şəhərindəki İddiaçılar Turnirindən koronavirusun yayılması səbəbindən imtina edib. Onun əvəzinə yarışa qatılan fransalı Maksim Vaşye-Laqray rusiyalı Yan Nepomnyaşi ilə birgə hərəyə 4,5 xalla ilk dövrənin qalibi olub. Yarış 7 turdan sonra Rusiya hökumətinin beynəlxalq uçuşları dayandırması səbəbindən yarımçıq qalıb. (Report)