XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 13:23

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlandı –Statistika İdarəsi

Gürcüstanda 114 Azərbaycan vətəndaşı müxtəlif cinayət əməllərinə görə həbs cəzası çəkir.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Hazırda qonşu ölkədə ittiham olunan 24 Azərbaycan vətəndaşı var ki, onların 18-i kişi, 6-sı isə qadındır.

Məhkum olunan 90 nəfərin isə 82-si kişi, 8-i qadındır.

Gürcüstanda probasiya nəzarətində 23 Azərbaycan vətəndaşı saxlanılır. Onların 21-i kişi, 2-si isə qadındır. (report)