XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 16:23

Qurban Qurbanov dünyanın ən yaxşı məşqçilərinin siyahısında irəliləyib –Reytinq

Dünyanın ən yaxşı futbol məşqçilərinin siyahısı açıqlanıb.

Cədvəldə planetin 1000 ən yaxşı mütəxəssisi yer alıb.

Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. Bu, “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdur.

Aktivində 1054 xal olan 48 yaşlı mütəxəssis dünyada 550-cidir. O, ötən cədvəllə müqayisədə daha bir pillə irəliləyib. Qurbanov son siyahıda 1054 xalla 551-ci idi.

Qeyd edək ki, siyahının birinci pilləsində İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp qərarlaşıb. Almaniyalının hesabında 14 min 695 xal var. (Apasport.az)