XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 Mart 2020 - 18:12

“Zəka” Ziyalılar Məclisi koronavirusla mübarizə kampaniyasına qoşuldu –Təşkilat sədrindən açıqlama

“Zəka” Ziyalılar Məclisi İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.

Bunu təşkilatın sədri Zahir Məlikli elan edib.
Z. Məlikli bildirib ki, “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı kampaniyasına qoşulurlar:
“Bu gündən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.
Qeyd edim ki, təşkilatımız Şuranın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə qrant müsabiqəsində qalib olub. Ölkədə və dünyada gözlənilməz situasiyanın yaranmasını nəzərə alaraq, “İcbari Tibbi Sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəmizin istiqamətini dəyişərək, koronavirusla bağlı maarifləndirmə işlərini həyata keçirməyi düşünürük.
Ümid edirəm ki, tibbi sahədə ixtisaslaşmış komandamızla birlikdə ölkə üçün ciddi problemə çevrilən koronavirusla mübarizədə Şuranın başlatdığı layihəni dəstəkləyəcək, ölkə vətəndaşlarının maarifləndirilməsi, onların risklərdən uzaq olması, sağlamlıqlarını qoruması istiqamətində öz töhfəmizi verə biləcəyik”.