Azərbaycan Milli Elmlər Akademiyasının idman meydançasında Azərbaycanın hökumət nümayəndələrindən ibarət futbol komandası və Macarıstan hökumət nümayəndələrinin daxil olduğu futbol komandası arasında yoldaşlıq görüşü keçirilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən azertag.az-a bildiriblər ki, dostluq şəraitində keçən gərgin idman mübarizəsində Azərbaycan komandası 7-4 hesabı ilə qələbə qazanıb.