XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

31 Mart 2020 - 13:16

İcra başçısı:"Marneulinin qida məhsulları ilə təchizatı fasiləsiz olaraq həyata keçirilir"

“Marneulinin qida məhsulları ilə təchizatı fasiləsiz olaraq həyata keçirilir”.

Bu barədə Marneulinin icra başçısı Zaur Darğallı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bələdiyyədə ərzaq qıtlığı problemi yaşanmır.

Z.Darğallı Marneuli və kəndlərdə vəziyyətin sabit olduğunu söyləyib: “Bank filiallarında insanların müəyyən sıxlığı müşahidə olunsa da, onlar arasında tələb olunan sosial məsafə təmin edilir”.

Rayon rəhbəri əhali arasında koronavirusla bağlı məlumatlandırma kampaniyasının davam etdirildiyini də qeyd edib. O deyib ki, fövqəladə vəziyyət rejiminin tələb və qaydaları barədə sakinlərə məlumatlar gürcü dili ilə yanaşı, Azərbaycan və erməni dillərində də təqdim olunur.

Qeyd edək ki, Gürcüstan hökumətinin qərarı ilə Marneulidə martın 23-dən ciddi karantin rejimi tətbiq olunur/Report.